İLİYİNİ VURMAQ
İLQARINA DÜZ ÇIXMAQ
OBASTAN VİKİ
Addım
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Addım, addım (film, 2002)
Addım, addım qısametrajlı sənədli televiziya filmi rejissor Mehriban Ələkbərzadə tərəfindən 2002-ci ildə çəkilmişdir. Space Televiziyasında istehsal edilmişdir.
Addım mühərriki
Addım mühərriki impulsla işləyən sinxron elektrik mühərrikidir. Rotor dolaqlarını həyacanlandırmaq üçün verilən cərəyan impulsu bu mühərrikdə diskret (addım) yerdəyişmələrə çevrilir. Addım mühərrikləri konstruksiyasına görə məlum qütblü, naməlum qütblü, yumşaq maqnit materialından hazırlanmış dolaqsız rotorlu (reaktiv rotor) və sərt maqnit materialdan hazırlanmış rotorlu (aktiv rotorlu) olaraq fərqlənirlər. Komutatordan keçən cərəyan impulsu ardıcıl olaraq dolağa ötürülür və bunun sayəsində stator qütbləri arasında maqnit cərəyanın istiqaməti diskret dəyişilir (şəkil 1). Nəticədə, rotor addım adlanan müəyyən bucağı qədər dönür. Mühərriki işlətmək üçün verilən siqnallar binar şəklində olur. Bu siqnallardan biri addım, digəri isə fırlanma istiqaməti üçün cavabdehdir. İmpulsların sayı rotorun ümumi dönmə bucağını və bununla əlaqədə olduğu ötürmənin gediş yolunu müəyyən edir. Addım mühərrikləri 1kVt-a qədər güc və aşağı dövrlər sayında (500 1/dövr) əlverişli tətbiq oluna bilirlər. Bu mühərriklərin addımı dolağın və rotordakı çıxışların sayından asılıdır.
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.
Birinci Addım (roman)
Birinci Addım — Qaraqanın 2013-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Salam! Dost, bilmirəm bu oxuduğun ilk kitabımdır, ya artıq dəfələrlə həmsöhbət olmuşuq. Bil­mi­rəm məni nə dərəcədə yaxşı tanıyırsan. Sənin gö­zündə özün­­dənrazı və şöhrətpərəst bir ulduz, yox­sa sevdiyin, özü­­nə yaxın saydığın bir insanam? Bilmirəm, bu kitabı al­mısan, ya kimdənsə təsadüfən götürmüsən, ya da kitab dükanında açıb ilk cümlələri oxuyursan. Bilmirəm, ümumiyyətlə, kitab oxumaq həvəskarısan, yoxsa sənin gözündə bu boş bir şeydir. Bilmirəm... Amma sənə bir şeyi danışmaq istəyirəm. Bu aralar mənim həyatımda qəribə bir şey baş verdi.
İlk Qan
İlk qan (ing. First Blood) — baş rolda Silvestr Stallonenin çəkildiyi Amerika filmi. Filmdə baş qəhrəman Vyetnam müharibəsinin iştirakçısı Con Rembodur. == Məzmun == Vyetnam əsgəri Con Rembo dağ qəsəbəsinə qayıdır. Rembo Vyetnamdakı dostlarını axtarmaq üçün ABŞ-yə gəlmişdir. Bu zaman Rembo öyrənir ki, sonuncu dostu artıq ölmüşdür. Con Rembo sakit bir şəhərə gəlir və yol ilə getməyə başlayır. Lakin yolda Şerif Uill Tisl ilə rastlaşır. Əvvəlcə şerif onu getmək istədiyi yerə aparır. Rembo isə yolda düşəndə yenidən geri qayıdır.
İlk Qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
İlk günah
İlk günah — Adəm və Həvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu. Yaradılış kitabının 3-cü fəslində Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. == Mənbə == Aydın Əlizadə (2007).
İlk məməlilər
İlk məməlilər (lat. Prototheria) — məməlilərin özündə həm məməlilərə, həm də sürünənlərə xas xüsusiyyətləri əks etdirən yarımsinfi. Bu sinfə aid yeganə müasir birdəliklilər dəstəsi var. İlk məməlilər sayı çox olmayan növləri Avstraliyada yaşayırlar.
İlk vətən
İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini. Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər. == Hind-Avropa == Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur. Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir. == Türk == Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur. Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.
Yəhudilərin ilk köçü (ilk aliya)
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. == Tarix == 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Axırıncı addım (film, 1989)
Axırıncı addım filmi rejissor Yavər Rzayev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. == Məzmun == Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. == Festival və mükafatlar == 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə Priz və Ən yaxşı operator işinə görə Priz almışdır. == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bir addım (film, 2009)
Bir addım qısametrajlı bədii filmi rejissorlar Fariz Əhmədov və Nərgiz Bağırzadə tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. "İmper Qrup" Prodüser Mərkəzində istehsal edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran — 2008" müsabiqəsinin qalib kinolayihəsidir. Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsas rolları Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova ifa edirlər. 2010-cu ildə Ukraynanın İrpen şəhərində keçirilən VIII Beynəlxalq "İrpen" kinofestivalının "Peşəkar" bölməsində ikinci yerə layiq görülüb. == Məzmun == Film Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir. Lakin qəfil peyda olan qadın obrazında mələk onu ölümdən qurtarır və həyatda gözləri görmədən də yaşamağı ona öyrədir.
Sonuncu addım (film, 2001)
Sonuncu addım (Rom: Chori Chori Chupke Chupke; hind: चोरी चोरी चुपके चुपके; Urdu: چوری چوری چپکے چپکے) — 2001-ci ildə Bollivudda istehsal olunan melodram filmidir. == Süjet xətti == Sənaye maqnatı Kailaşnat Malhotranın (Amrish Puri) nəvəsi Rac (Salman Xan), dostunun toyunda Priya (Rani Mukherci) ilə görüşənə qədər nəyin bahasına olursa olsun evlilik mövzusundan qaçırdı. Onların qohumları dərhal nəvələrinin uşağını görmək arzusunda olan Kailaşnat Malhotra üçün xüsusilə xoşbəxtlik hadisəsi sayılan toyla razılaşırlar. Toydan az sonra ailə həkimi Priyanın uşaq gözlədiyini bildirir. Ancaq ailədəki sevinc uzun sürmür - tezliklə qəza nəticəsində Priya övladını itirir və bundan əlavə, həkim Raca bundan sonra bir daha uşaq sahibi ola bilməyəcəklərini bildirir. Onlar bu kədərli xəbəri ailədən gizlətməyə qərar verirlər. Racın ailəsinin uşaq arzusunda olduğunu bilən Priya onu başqası ilə evlənməyə razı salmağa çalışır, lakin Rac bu barədə eşitmək belə istəmir. O, belə olan vəziyyətdə bir uşağı övladlığa götürməyi təklif edir, lakin Priya uşaq sahibi ola biləcəyi üçün uşağın Racdan olmasının lazım olduğuna inanır və Racı onlar üçün uşaq dünyaya gətirməyə hazır olan surroqat ana tapmağa inandırır. Bir gecə klubunun rəqqasəsi olan Madhubala (Preity Zinta) surroqat ana olmağa razılaşır. Bu planını ailəsindən gizlətmək üçün Rac Priya və Madhu ilə İsveçrəyə getməyə və körpə ilə qayıtmağa qərar verir.
İlk dişcikli güvələr
Kiçikqanadlılar (lat. Micropterigidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
İlk dövr Sələfiyyə
İlk dövr Sələfiyyə— Lüğətdə- əvvəl gəlmək,keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır. == Sələfiyyənin yaranma tarixi == Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m.VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir.
İlk müsəlmanların siyahısı
== Zaman sırasıyla ilk müsəlmanlar ==
İlk poçt markaları
1 may 1840-cı ildə İngiltərədə dünyada ilk poçt markaları -bir pennilik qara (″Penny Blacks″) və üzərində kraliça Viktoriyanın profili olan iki pennilik göy marka satışa çıxarılmışdır. Poçt göndərişlərinin ödənilməsi üçün markalardan istifadə edilməsi ideyasının müəllifi isə Roulend Hilldir (Rowland Hill).
İlk qitələrarası avtoralli
Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verildi. Fransanın "Le Matin" qəzetinin təşkil etdiyi ralli 10 iyun 1907-ci ildə Pekindən start götürür. İştirakçılar 16000 kilometr yol qət edərək Parisə yetişməli idilər. Yarışmanın qalibi Prins Ssipion Borqes "İtala" markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır. Corc Kormie isə "De Dion Bouton" markalı avtomobillə 64 günə gəlib çatır. Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur. İndi də qalib avtomobilləri nəzərdə keçirək. İtala şirkəti 1903-cü ildə Torino şəhərində qurulub.
İlk tibbi yardım
'İlk tibbi yardım zamanı (ing. First aid)— hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə. == İlk tibbi yardımın mahiyyəti == Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir. == İlk tibbi yardımın növləri == Həyati təhlükəni ortadan qaldırmaq. Həyati funksiyaların davam etdirilməsini təmin etmək. Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək. Yaxşılaşmanı asanlaşdırmaq. == İlk tibbi yardım çantası == Yardım çantasında olmalıdır: üçkünc sarğı bezləri rulonlu sarğı bezləri steril qazlı bezlər pambıq yara bandları boyunluq turna jqutu antiseptik məhlullar ağrı kəsici preparat sancaq qayçı fənər.
İlk yardım çantası
İlk yardım çantası — İlk tibbi yardım verilməsi üçün istifadə edilən təchizat və avadanlıqların toplusu.
İlk çıxış sürəti
Mərminin çıxış sürəti, odlu silahlarda barıtın itələmə qüvvəsi ilə mərminin qüllədən çıxdığı zamandakı sürətini göstərir. Mərmi çıxış sürəti mərminin qüllədən çıxdığı andakı sürətini göstərməklə bərabər, eyni zamanda silahın gücünü də göstərir. Mərmi çıxış sürəti tez-tez mərmi sürəti ilə qarışdırılır. Bundan əlavə, qətiyyətlə demək olar ki, bu günkü texnologiyalar ilə heç bir mərmi mənzili daxilində eyni sürət ilə hərəkət etmir. Mərmi çıxış sürəti yalnız qüllədən çıxma sürətini göstərir və mərminin sürəti ilə qarışdırılmamalıdır. Mərmi çıxış sürəti dövrə və zamana, növünə və kalibrinə, qüllə çapına, həmçinin silahın içərisindəki pərçim dəstlərinə (yiv səthləri) görə dəyişir. İlkin sürət 330 m/s (subsonik) ilə 1800 m/s arasında fərqli qiymətlər ala bilər. Tanklar tərəfindən istifadə edilən KE mərmisi yüksək qüllədən çıxış sürətinə malikdir.
Ömrün ilk saatı
== Məzmun == Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar. Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev === Rollarda === Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi Q.Plases — Villisoviç Sadıq Hüseynov — milis rəisi Rasim Balayev — Azər Muxtar Maniyev — bolşevik Ramiz Məlikov Nicat Bəkirzadə — qonşu Ələsgər İbrahimov — bolşevik Əbdül Mahmudov — fotoqraf Dadaş Kazımov — sərxoş Gümrah Rəhimov Bahadur Əliyev — qonşu Kamil Məhərrəmov — milis işçisi === Filmi səsləndirənlər === Əliabbas Qədirov — bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (titrlərdə yoxdur) Yusif Vəliyev — Aleksandr Pavloviç (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Aşot (titrlərdə yoxdur) Səməndər Rzayev — agent (titrlərdə yoxdur) Həsən Əbluc — Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Abbasov (titrlərdə yoxdur) Həsən Məmmədov — milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография.
İlk komsomol buruğu
== Məzmun == Film Azərbaycan neftçilərinə, qazmaçıların ilk komsomol zərbəçi briqadasına, onların fəaliyyətinə həsr olunmuşdur. Həmçinin filmdə xarici kəşfiyyatların niyyətlərinin gənclər tərəfindən ifşa edilməsindən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Katerina Vinoqradskaya Quruluşçu rejissor: Boris Medvedev, İvan Frolov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski === Rollarda === Ağarza Quliyev — Məmməd Hüseyn Seyidzadə — neftçi L.Lomidze V.Pokrovskaya Y.Qudkin A.Kraskovski == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Taca doğru addım (film, 1985)
== Məzmun == Filmin mərkəzində Vilnüsdə keçirilən şahmat üzrə final yarışı durur.
вдо́вствовать лауреа́т лжи́вость наруши́тельница подсвети́ть ри́фовые сизокры́лый сощи́пывать вероло́мность вши́вый выселе́нец го́рдость намо́рщиться обыкнове́нное питра фабра acaudate bouffe diminution East-Indian latent period meatless worker жерёбая удушить